“Xarici qüvvələrin coşğulu açıqlamaları...” - İranlılara dəstək oldu

“Xarici qüvvələrin coşğulu açıqlamaları...”
Oxunma sayı: 3225

Türkiyənin məşhur kino ulduzu Nurgül Yeşilçay İranda baş verən etiraz aksiyalarına münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl həmin ölkədə “Gözəl cin” filminə çəkilən aktrisa xarici qüvvələrin ölkədə çaxnaşma yaratdığını iddia edib:

“Xarici qüvvələrin coşğulu açıqlamalarından məlum olur ki, qığılcım alovlanır. Ədalətin möhtəşəm İran xalqından yana olmasını istəyirəm. Bu mənim tək diləyimdir”. 

Xatırladaq ki, dekabrın 28-dən bəri İranın bir çox iri şəhərlərində etiraz aksiyası keçirilir. Ölkə başçısı Həsən Ruhani bəyan edib ki, etirazlar daxili problemlərlə, həmçinin digər ölkələrin təhriki ilə baş tutub. 

Aksiyalar zamanı ölüm sayı 29-a çatıb, 500-dən çox adam isə həbs olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi