Xarici ziyarətçi sayında lider ruslardır

xarici-ziyaretci-sayinda-lider-ruslardir
Oxunma sayı: 724

Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi keçən il bu ölkəyə giriş edən xaric ziyarətçilərin sayını açıqlayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, ötən il ümumilikdə 32 milyon 58 min  216 giriş, 32 milyon 33 min 516 xarici ziyarətçi  çıxış reallaşdırıb.

Türkiyəyə 4 milyon 702 min 482 ziyarətçi sayı ilə giriş edən rus vətəndaşları zirvədədir. İkinci yeri almanlar 3 milyon 519 min 206 ziyarətçi ilə tutur. 2 milyon 497 min 812 ziyarətçi sayı ilə iranlılar isə 3-cü yerdədir. 

Bu ölkələrdən başqa Gürcüstan, Bolqarıstan, İngiltərə, Ukrayna, İraq, Hollandiya, Azərbaycan vətəndaşları tərəfindən də ölkəyə giriş çox olub.

Ülviyyə