Xarkovda avtomobil kütləyə çırpıldı - 5 ölü, 6 yaralı

xarkovda-avtomobil-kutleye-cirpildi
Oxunma sayı: 1271

Ukraynanın Xarkov şəhərində “Lexus” markalı avtomobil kütləyə çırpılıb.

“Qafqazinfo”nun “112 Ukraina”ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb. 

Avtomobilin sükanı arxasında qadının olduğu və onun saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.