Xarvini 25 il həbs gözləyir - 80 xanım şikayətçidir

xarvini-25-il-hebs-gozleyir
Oxunma sayı: 1535

Bir müddət əvvəl polis tərəfindən saxlanılan Hollivudun qalmaqallı rejissoru və prodüseri Xarvi Vaynşteyn şərti olaraq azad edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 66 yaşlı Xarvi bunun üçün 1 milyon dollar dəyərində girov qoyub və elektronik qolbağ vasitəsiylə nəzarətdə saxlanılır. 

Prokuror Cyrus R. Vance açıqlamasında bildirib ki, rejissordan 80 xanım şikayətçidir. O, 1-ci və 3-cü dərəcəli təcavüzdə ittiham edilir. 

Birinci dərəcəli zorlama 2004-cü ildə aktrisa Lucia Evansa qarşı edilib. Lucia rejissorun onu oral seksə məcbur etdiyini bildirib. “Miramax film” studiyanının yaradıcısı olan Vaynşteyn isə iddiaları qəbul etmir. 

Xarvi  günahkar hesab edilərsə, onu 5 ildən 25 ilədək həbs gözləyir.