Xatirə Beyonsun paltarından tikdirdi - 5 min xərclədi+ Fotolar

xatire-beyonsun-paltarindan-tikdirdi
Oxunma sayı: 7452

Müğənni Xatirə İslam ötən gün Bakının məşhur klublarının birində konsert verib.

“Qafqazinfo” xəbər verir ki, sənətçinin konsert üçün hazırlatdığı geyim müzakirələrə səbəb olub. Belə ki, onun bu libasının xalq artisti Aygün Kazımovanın “Kristal Hall” konsertindəki paltarının eynisi olduğu iddia edilib.

Lakin məlum olub ki, sənətçi Beyonsun “Qremmi- 2018” mükafat mərasimində geyindiyi libasdan ilhamlanıb. O, bunun üçün tanınmış modelyer Rəna Müslümovaya müraciət edib.

Əldə etdiyimiz məlumata görə, X. İslam həmin geyim üçün 5 min manat ödəniş edib, parça özəl olaraq İtaliyadan gətizdirilib.

Bu məqamda qeyd edək ki, modelyer bundan əvvəl Xatirə üçün Cennifer Lopez, Sibel Can və başqa ulduzların geyimlərindən də hazırlayıb.