Xatirə ikinci dəfə ana olmaq istəyir

xatire-ikinci-defe-ana-olmaq-isteyir
Oxunma sayı: 2031

Müğənni Xatirə islam ikinci dəfə ana olmaq istəyir. “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin özü məlumat verib. 

ATV kanalında yayımlanan “Bizimləsən” proqramına qonaq olan ifaçı övlad dünyaya gətirəndən sonra çəki atacağını söyləyib:

“Mən arıqlamaq istəyirəm. Amma hər kəsdən üzr istəyirəm. Hələ belə bir şey yoxdur. Ana olmaq istəyirəm. Ondan sonra çəki atacam. Mən yeyib-içən adamam. Ona görə kökəlirəm”. 

 Qeyd edək ki, Xatirə İslam 7 ildir ki, Fəxrəddin Musazadə ilə evlidir, bir oğlan övladı var.