Xatirənin mayor əri canlı efirə gəldi - Video

xatirenin-mayor-eri-canli-efire-geldi
Oxunma sayı: 4307

Müğənni Xatirə İslam boşanmağı ilə bağlı yayılan şayiələrə birdəfəlik nöqtə qoyub. “Qafqazinfo” xəbər verir ki, o, “Zaurla Günaydın” verilişinə qonaq olarkən əri Fəxrəddin Musayevlə ayrılması barədə yazılan xəbərləri bir daha təkzib edib. 

Canlı yayıma sənətçinin mayor həyat yoldaşı və oğlu Emil proqrama qonaq gəlib. O, bununla da ailəsinin dağılmadığını sübut edib. 

“Mənim onların efirə gəlməklərindən xəbərim yox idi. Birdən insanlar elə bilər ki, biz düzüb qoşmuşuk. Əslində o, çox kaprizlidir. Kənardan belə görünürəm. Ayda bir dəfə mübahisəmiz düşür, amma  hər şey qaydasındadır”- deyə Xatirə bildirib.