Xatun Barış Mançodan oxudu

xatun-baris-mancodan-oxudu
Oxunma sayı: 877


“Qafqazinfo”nun məlumatına görə, müğənni vaxtilə Türkiyənin məhşur sənətkarı Barış Mançonun repertuarında yer alan ən  məhşur bəstələrdən birinə müraciət edib. İfaçı Barış Manconun “Oğlum” kompozisiyasını  fərqli oranjimanda, özünəməxsus şəkildə ifa edərək  mahnını lentə aldırıb.


Xatunun sözlərinə görə bundan sonra onun repertuarında yer alacaq “Oğlum” övladına toy edən oğul analarının əsl himninə çevriləcək: “Bu mahnını eşidəndə çox təsirləndim. Ola bilər mən də oğul anası olduğum üçün mövzu mənə daha yaxın idi. Mahnının melodiyasında, sözlərində oğlunu evləndirən ananın, övladına  toy mərasimində dilə gətirdiyi nəsihəti ilə yanaşı, həmin anlarda dilə gətirə bilmədiyi hissləri də  öz əksini tapıb. Mən əminəm ki, hər bir ana övladını evləndirəndə, onun toy gecəsində həyəcanlanır, nostalji hisslərə qapılır, təsirlənir. Sevinir. Elə ona görə də bu musiqini dinləyən hər bir ana mütləq təsirlənəcək. Oğul anaları ən azı övladlarının toy mərasimində bu musiqini səsləndirmək istəyəcəklər. Çünki bu musiqi anaların dilindən övladlarına olan bir xitab, müraciət, nəsihətdir. Çalışmışam ki, mahnını özüməməxsus şəkildə ifa edib, kimsəni xatırlatmayım. Bir oğul anasının obrazını ifamla yarada bilim. Nə qədər alınıb, deyə bilmərəm?  Bunu dinləyicələr deyə bilər. Hər halda mən o hissləri yaşamağa çalışdım”.