Xatun “Hürrəm” obrazında - Fotolar

Xatun “Hürrəm” obrazında -<font color=red> Fotolar</font>
Oxunma sayı: 1129

“Qafqazinfo”nun məlumatına görə, teleaparıcı Zabir Əliyevin təqdimatında restoranların birində ziyafət təşkil edən müğənni media və sənət dostalrını ətrafına yığıb yeni klipini mümaiş etdirib. Mərasimdə jurnalitləri və ifaçı dostalrını Hürrəm Sultan obrazında qarşılayan Xatunu bununla yanaşı qonağları üçün orental rəqs də edib. Bununla bərabər ifaçı sənətçi dostları və qardaşı Balaşla birlikdə “Gangnam Style”mahnısı sədaları altında oynayıblar.

Onu da deyək ki, Xatunun təqdim etdiyi yeni klip fərqli sujet xəttdi ilə marağa səbəb olub. Rejissor Esmira Əliyevanın öz ideyası ilə klipdə Xatunu, Hürrəm Sultanı xatırladan görkəmə salıb. Söz və musiqisi Qüdrət Əsgəri, oranjemanı Elvin Musayevə məxsus olan “Xatun” mahnısı elə tarixin qorunduğu məkanda lentə alınıb.

Qeyd edək ki, keçirilən təqdimatda şou nümayəndələrindən Xalq artisti Səməd Səmədov, müğənnilər Könül Kərimova, Ülvi Qılınc, Ramal, Kərim Abasov, Pişik Günel, Pərvin Lətifov, Əkbər Əliyev, Elnur, Bahar Lətifov, Vasif Məhərrəmli, Xuraman Şuşalı, rəqqasə Oksana Rəsulova, stilist Samir Əliyev və teleaparıcı Azər Süleymanlı iştirak edib.

Aynur Babayeva


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi