“Xəbərə elə başlıq qoymaq olmaz...” - Video

xebere-ele-basliq-qoymaq-olmaz
Oxunma sayı: 2153

"Space" TV-də "Ev bizim, Sirr bizim" verilişinin qonağı bu dəfə tanınmış jurnalistlər olub.

"Qafqazinfo" xəbər verir ki, Elçin Əlibəylinin aparıcısı olduğu proqramda mətbuatın bugünkü durumu, xəbər başlıqları müzakirə olunub.

Qonaqlar isə "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, "Qafqazinfo" saytının baş direktoru Elbrus Ərud, "AzVision" saytının rəhbəri Vüsal Məmmədov, Report İnformasiya Agentliyinin redaktoru Pərvin Abbasov, Azxeber.com saytının rəhbəri Hacıbəy Heydərli və "Space"in əməkdaşları olub.