Xələf Xələfov Memoranduma imza atdı

xelef-xelefov-memoranduma-imza-atdi
Oxunma sayı: 643

“Qafqazinfo”nun Xarici işlər nazirliyinə istinadən verdiyi xəbərə görə, sənədi Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Xələf Xələfov və Almaniyanın GİZ təşkilatının Azərbaycan üzrə direktoru Henninq Tvesten imzalayıb.

Anlaşma Memorandumuna əsasən Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi və GİZ təşkilatı Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinə (Agentlik) xarici ölkələrə göstəriləcək humanitar və texniki yardımların səmərəliliyinin artırılması sahəsində texniki yardım göstərəcək və bu sahədə öz təcrübəsini bölüşəcəkdir.

Qeyd edək ki, XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik) Azərbaycan dövləti tərəfindən xarici ölkələrə göstərilən humanitar və texniki yardımların həyata keçirilməsi və əlaqələndirilməsi ilə məşğuldur.

Səidə