Xəncərlə hədələyib pulunu aldılar

xencerle-hedeleyib-pulunu-aldilar
Oxunma sayı: 731

Bakıda quldurluq edən şəxslər saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər sakinləri olan 2 nəfər dekabrın 17-də saat 20 radələrində F.X.Xoyski küçəsində 2 naməlum şəxsin onları xəncərlə hədələyərək 130 manat pullarını aldıqlarını bildiriblər.

Quldurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Saleh Əliyev və Biləsuvar rayon sakini Samir Muradov saxlanılıblar. Nərimanov RPİ-də araşdırma aparılır.