Xəndəkdə öldü

xendekde-oldu
Oxunma sayı: 665

“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına gör, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1937-ci il təvəllüdlü Əlisoltan İmamverdi oğlu Cavadov təmir işləri aparılan ərazidə dərinliyi 6-7 m olan xəndəyə düşüb və nəticədə həlak olub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə Ə.Cavadovun cəsədini quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:10-da başa çatıb.