Xərçəng əleyhinə vasitə tapılıb

xerceng-eleyhine-vasite-tapilib
Oxunma sayı: 690

Adıçəkilən bitkinin müalicəvi xüsusiyyətləri ötən əsrlərdən bəri bəlli olsa da, alimlər xərcəng hüceyrələrini öldürəcək xüsusi zəfəran cövhərini hazırladıqlarını iddia edir. Bitkidən alınmış yeni preparat bədəndə xüsusi kimyəvi proseslərə səbəb olaraq xərçəng şişini tədricən yox edir. Britaniyalı tədqiqat qrupu əməliyyatları xərçəngli siçanlar üzərində aparıb. BBC-nin verdiyi məlumata əsasən tədqiqatlar nəticəsində siçanların yarıdan çoxu bəşəriyyət tarixinin ən sirli xəstəliklərindən olan xərçəngdən azad olub. Zəfərandan hazırlanmış yeni dərman heç bir əks təsirin və kənar effektlərin olmaması ilə fərqlənir. Alimlər yaxın gələcəkdə yeni preparatın sınaqlarını insanlar üzərində də aparmağı planlaşdırır.

Əgər insanlar üzərində sınaqlar da müsbət nəticə verərsə, zəfəranın bəşəriyyətin QİÇS/HİV-dən sonra ikinci ən böyük bəlası olan Xərçəngə qarşı tibb və əczaçılıq sahəsində böyük inqilaba səbəb olacağını əminliklə demək olar.