“Xərçəng sağalan xəstəlikdir” - Baş onkoloq

“Xərçəng sağalan xəstəlikdir”
Oxunma sayı: 2630

Bütün dünyada dəhşətli xəstəlik kimi qəbul olunan xərçəng sağalan xəstəlikdir. Əgər xəstəlik birinci və ikinci mərhələsində aşkar olunarsa, onun tam sağalmasına nail olmaq mümkündür.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin baş həkimi, baş onkoloq Azad Kərimov deyib.
A.Kərimovun sözlərinə görə, xərçəngin tam sağalması üçün insanlar mütəmadi olaraq sağlamlıqlarının qeydinə qalmalı, lazım olan yoxlama prosedurlarını həyata keçirməli, vaxtında müayinə olunmalıdırlar:

"Bunun üçün də əhali xərçəng xəstəliyi, onun yaranması yolları və ilkin əlamətləri haqqında zəruri biliklərə malik olmalı və özləri bu xəstəliyin vaxtında aşkarlanmasında həkimlərə kömək etməlidirlər. Bü gun tibbin ölkəmizdə inkişafı, səhiyyəmizin səviyyəsi ilkin mərhələlərdə xərçəng xəstəliyinin sağalmasına, bu xəstəliyin qarşısının alınmasına imkan verir".

A.Kərimov qeyd edib ki, Azərbaycanda xərçəngə tutulma halları digər ölkələrin statistik göstəriciləri ilə eynidir. Bu xəstəliyin vaxtında və erkən aşkarlanması üçün 35-40 yaşından sonra qadınlar hər il mütəmadi olaraq mamoqrafiyadan, kişilər isə prostat vəzinin yoxlanılması üçün qan analizindən keçməlidirlər:

"Əgər qan analizi zamanı xərçəng xəstəliyi ilə bağlı əlamətlər təsbit olunarsa, xəstə dispanser nəzarətində saxlanılıb, tam müayinələrdən keçirilməlidir".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi