Xərçəngdən əziyyət çəkən Əsma Əsəd əməliyyat olunub

xercengden-eziyyet-ceken-esma-esed-emeliyyat-olunub
Oxunma sayı: 3449

Suriya prezidenti Bəşər Əsədin süd vəzi xərçəngindən əziyyət çəkən xanımı Əsma Əsəd əməliyyat olunub.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Əsədin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, həkimlər şişi əməliyyat yolu ilə müvəffəqiyyətlə götürüblər.

Xatırladaq ki, Ə. Əsədin xərçəngə tutulması barədə məlumat 2018-ci ilin avqustunda yayılıb.