Xəritədə yeni dövlət yaranır

xeritede-yeni-dovlet-yaranir
Oxunma sayı: 5547

Kataloniyada keçirilən referendumun yekun nəticələri açıqlanıb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə bölgənin rəsmi nümayəndəsi Jordi Turul mətbuat konfransı zamanı bildirib. 

Onun sözlərinə görə, 2 milyondan çox insan, yəni seçicilərin 90%-i müstəqilliyin lehinə səs verib. Turul bildirib ki, qeyd etdiyi rəqəmlər hələ son deyil. Belə ki, 15 min bülleten sayılmayıb. Həmçinin bildirib ki, sayılmayan bülletenlər nəticəni dəyişmir.

Qeyd edək ki, Kataloniyada keçirilən referendum İspaniya hökuməti tərəfindən qanunsuz hesab olunub. 

Aysel Kərimova