Xəstə özünü 6-cı mərtəbədən atdı - Video

xeste-ozunu-6-ci-mertebeden-atdi
Oxunma sayı: 2849

İstanbulun Şişli rayonunda Hamidiye Pediatriya və Araşdırma Xəstəxanasında intihara cəhd hadisəsi baş verib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, xəstəxanada müalicə alan bir xəstə pəncərəyə çıxaraq özünü atacağını bildirib.

Hadisə yerinə xilasedicilər və polislər çağırılıb. Lakin, bütün tədbirlərə baxmayaraq həmin şəxs özünü yerə atıb. Xəstə ağır xəsarətlər alıb.

Onun bu əməlinin səbəbi bilinmir.