Xəstənin mədəsindən görün nələr çıxdı - Video

Xəstənin mədəsindən görün nələr çıxdı
Oxunma sayı: 3705

Hindistanın Kəlküttə şəhərindəki tibb kollecinin həkimləri xəstənin mədəsindən 5 sm uzunluğunda 639 ədəd mismar çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata əsasən, xəstə mədə ağrısı ilə xəstəxanaya yerləşdirilib. İki saat davam edən əməliyyatdan sonra xəstənin mədəsindən ümumi çəkisi 1,3 kq olan mismar çıxarılıb.

Həkimlər mismarların iti olmasına baxmayaraq xəstənin ağır xəsarətlər almadığını bildiriblər.

Əməliyyat olunan kişinin şizofreniya xəstələyindən əziyyət çəkdiyi vurğulanıb.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi