Xəstəxanada olan Fəxrəddin Manafovdan xəbər var

xestexanada-olan-fexreddin-manafovdan-xeber-var
Oxunma sayı: 2391

Almaniyaya müayinə üçün getmiş xalq artisti Fəxrəddin Manafov tezliklə Azərbaycana dönəcək.

“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun çalışdığı Rus Dram Teatrının mətbuat xidmətindən bildiriblər:

“Fəxrəddin Manafov Almaniyaya müayinəyə gedib. Onurğasında bəzi problem var, nə səviyyədədir, yəqin ki, müayinə zamanı müəyyən edilib. Bizə özü zəng edib və vəziyyətinin yaxşı olduğunu deyib. Həm də bildirib ki, bir-iki günə gələcək”.

Qeyd edək ki, F.Manafov  2016-cı ildən Rus Dram Teatrında çalışır.