Xəstəxanada partlayış - 3 ölü, 50 yaralı + Video

xestexanada-partlayis
Oxunma sayı: 1827

Çilinin Konsepsiyon şəhərindəki alman xəstəxanasında partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsindən 3 nəfər ölüb, 50 nəfər yaralanıb.

Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.

Olaydan sonra xəstələr təxliyyə edilərək digər xəstəxanalara yerləşdiriliblər.