Xəstəxanada yanğın – 73 nəfər ölüb

xestexanada-yangin-73-nefer-olub
Oxunma sayı: 661

“Qafqazinfo”nun məlumatına görə, Kəlküttədə yerləşən xəstəxananın dörd mərtəbəsi alova bürünüb. Şahidlərin sözlərinə görə, yanğın yerli vaxtla dördün yarısı başlasa da yanğınsöndürənlər ancaq altının yarısına gəlib çıxa biliblər.

Hadisə yerində çalışan xilasedicilər 85 nəfəri binadan çıxara biliblər. Onlarla xəstə, tibb bacıları və həkimlər isə yanan binanın içərisində yardım gözləyirlər.

Qeyd edək ki, yanğın xəstəxananın zirzəmisində başlayıb. Bir qədər sonra isə yanğın beşmərtəbəli binanın ilk üç mərtəbəsini əhatə edib.


Səidə