Xəstəxanalıq olan prodüserin vəsiyyəti açıqlandı

Xəstəxanalıq olan prodüserin vəsiyyəti açıqlandı
Oxunma sayı: 1530

Kimyəvi maddədən zəhərlənərək xəstəxanalıq olan Rusiyanın məşhur prodüseri Bari Alibasov yeni vəsiyyətnamə yazıb.

“Qafqazinfo” "RİA Novosti"yə istinadən xəbər verir ki, prodüserin vəsiyyətini jurnalistlərə onun piar direktoru Vadim Qorojankin açıqlayıb.

Sənədə əsasən, B. Alibasovun Moskvadakı 9 otaqlı mənzili kiçik oğlu Bari Alibasova, Moskva ətrafındakı bağ evi və 2 milyon ABŞ dollarına yaxın dəyəri olan qiymətli kağızlar isə həyat yoldaşı Lidiya Fedoseyeva-Şukşinaya çatacaq. “Na-Na” qrupunun hüququ sahibləri isə onun üzvləri Vladimir Politov və Vyaçeslav Jerebkin olacaq.

Qeyd edək ki, B. Alibasov hazırda Sklifosovski adına Elmi Tədqiqat İnstitutunda müalicəsini davam etdirir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi