Xəstəxananın 4, FHN-in 2 əməkdaşı tüstüdən zəhərləndi - Fotolar

xestexananin-4-fhn-in-2-emekdasi-tustuden-zeherlendi
Oxunma sayı: 1492

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, yanğının hansı səbəbdən baş verməsi məlum deyil. 

Məlumata görə, Xəstəxananın işçiləri və orada müalicə olunan xəstələr təxliyyə edilir. 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

***

Yanğın xəstəxana binasının dam örtüyündən başlayıb: "Yanğın zamanı xəstəxananın Cərrahiyyə şöbəsinə üç xəstə əməliyyat masasında olub və həmin xəstələr dərhal təcili tibbi maşınları ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə FHN-in 4 yanğınsöndürən maşını və  canlı quvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində mühüm işlər görülür".

***

Məlumata görə, təxminən 35-40 xəstə, o cümlədən uşaqlar alovun sıx əhatə olduğu ərazilərdə qalıb. Onların xilas edilməsində ciddi problemlər var.

Xəstəxanaya gedən bütün yollar bağlanılıb. Yalnız xidmət avtomobilləri hərəkət edə bilir.

***

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın zamanı xəstəxananın 4 əməkdaşı tüstüdən zəhərlənib.

Yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) iki əməkdaşı da zəhərlənib. Həmin şəxslərə oksigen balonu vasitəsilə ilkin tibbi yardım göstərilib. Hazırda həmin şəxslərin vəziyyəti normaldır.