Xəstəxanaya düşən aktyor Vüsalənin atası imiş... - Yenilənib

xestexanaya-dusen-aktyor-vusalenin-atasi-imis
Oxunma sayı: 7373

Xəbər verdiyimiz kimi, İrəvan Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Vaqif Kərimov xəstəxanaya yerləşdirilib. 66 yaşlı aktyorun Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə aparıldığı, vəziyyətinin ağır olduğu qeyd edilib.

“Qafqazinfo” mövzu ilə bağlı aktyorun müalicə aldığı xəstəxanya müraciət etsə də, səhhəti barədə məlumat verilməyib. Daha sonra əməkdar artistin qızı, məşhur aparıcı Vüsalə Kərimova ilə əlaqə saxladıq. Uzun müddətdir ki, atası ilə küsülü olan aparıcı valideyninə şəfa diləyib.

Qeyd edək ki, V. Kərimov illər əvvəl Vüsalənin anasından ayrılıb. 

***

V. Kərimova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu günə kimi atasının üzünü görməyib:

“Xəbərdə yazılıb ki, biz küsülüyük. İnsan görmədiyi biri ilə necə küsülü ola bilər?Mənim 41 yaşım var. Bu müddət ərzində nə ata görmüşəm, nə də ata evində böyümüşəm. Mən dünyaya gəlməmişdən əvvəl valideynlərim ayrılıb. Atam öz aktrisa yoldaşı ilə evlənib, özünə başqa həyat qurub. Burada narahat olası bir şey yoxdur. Valideyn dünyaya övlad gətirməklə bitmir. Mənə sahib çıxan atam olmayıb.

Xəstədir, Allah köməyi olsun. İstəmərəm ki, kimsə xəstəlikdən əziyyət çəksin. Əlimdə imkanım olsaydı, kömək olardım. Səhiyyə Nazirliyi ilə əlaqə saxladım, söylədim ki, həkimlər daha diqqətli olsunlar. Səhhəti ilə bağlı İrəvan Teatrının rəhbəri İftixar Piriyevlə davamlı olaraq əlaqə saxlayıram".