Xətai və Mersində də Heydər Əliyevin anım mərasimi keçirilib - Fotolar

xetai-ve-mersinde-de-heyder-eliyevin-anim-merasimi-kecirilib
Oxunma sayı: 5321

Müasir Azərbaycanın memarı və qurucusu  Heydər  Əliyevin vəfatının 15-ci ildönümü ilə  əlaqədar Xətai rayonunda və Türkiyənin Xətai rayonu ilə qardaşlaşmış şəhəri olan Mersin vilayətinin Tarsus şəhərində silsilə tədbirlər keçirilir.

“Qafqazinfo” xəbər verir ki, rayon idarə-müəssisə, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında anım tədbirləri keçirilir, dəyirmi masalar və seminar müşavirələr təşkil olunur,  Ulu Öndərin məzarı ziyarət edilir, rayonun Heydər Əliyev parkında abidəsi qarşısına tər çiçəklər düzülür. Anım günü ilə əlaqədar keçirilən  tədbirlərdə Ulu Öndərin həyat və fəaliyyəti haqda geniş söhbətlər açılır, ruhuna dualar oxunur.  

Eləcə də Xətai rayonu ilə qardaşlaşmış Türkiyənin Mersin vilayətinin Tarsus şəhərində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü Tarsus bələdiyyəsinin rəhbərliyi və şəhər ictimaiyyəti tərəfindən böyük hörmət və ehtiramla qeyd edilib. Tədbir iştirakçıları Tarsus şəhərində Ulu Öndərin adını daşıyan parka gəlib, abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Həmçinin Tarsus şəhərində Türkiyənin tanınmış Kampus Okullarında da Ulu Öndərin xatirəsinə həsr olunmuş konfrans təşkil olunub. Dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ender Portakal Ulu Öndərin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına  geniş məlumat verib. Tədbirdə Ulu Öndər Heydər Əliyev haqqında film nümayiş olunub.  Tədbir azərbaycanlı şair Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeiri ilə başa çatıb.