Xətaidə anbar yandı

xetaide-anbar-yandi
Oxunma sayı: 995

Bakıda yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, şəhərin Xətai rayonunda ümumi sahəsi 600 m² olan istifadəyə yararsız anbarın yanar konstruksiyaları və içərisində taxta tullantıları 120 m² sahədə yanıb.

Anbarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.