Xətaidə su kəsilib - Səbəbi

xetaide-su-kesilib
Oxunma sayı: 2641

Bakının Xətai rayonunda içməli suyun verilişində fasilə yaranıb.

"Qafqazinfo"nun xəbərinə görə, bu barədə “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib:

"Xətai rayonu Şıxlınski küçəsində magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Mehmandarov və Şıxlınski küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb".