Xətaidə yaşayış binasında yanğın olub

xetaide-yasayis-binasinda-yangin-olub
Oxunma sayı: 1886

Bakıda yanğın qeydə alınıb.

“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi məlumata görə, şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinə yığılmış istifadəyə yararsız ev əşyaları yanıb. Yüksək temperaturdan 2 ədəd su sayğacı, 5 p.m su borusu və 5 p.m elektrik kabeli əriyib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.