Xətainin bir hissəsi susuz qaldı

xetainin-bir-hissesi-susuz-qaldi
Oxunma sayı: 1089

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq “Azərsu” ASC xəbərdarlıq yayıb.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, 600 mm-lik çuqun xətdə baş vermiş qəza ilə bağlı Xətai rayonunun bir hissəsinə (kənd Əhmədli, “Radiozavod”un ətrafında olan ərazilər, Zığ yolunun bir hissəsi və Mingəçevir küçəsi) içməli suyun verilişində fasilə yaranıb.