“Xəyanət olmayıb…” - İlk dəfə danışdı

xeyanet-olmayib
Oxunma sayı: 5037

Tanınmış aktrisa Hande Erçel Murad Dalkılıçla ayrıldıqdan sonra ilk dəfə açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, o, instaqram səhifəsində paylaşım edərək mətbuatda yayılan xəbərlərə münasibət bildirib: 

“Həyatımın ən çətin günlərində haqqımda yayılan xəbərlərə münasibət bildirmək ən son istəyimdir. Amma hər gün yeni bir xəbərlə gündəmə gəlmək məni daha da kədərləndirir. Bu səbəbdən açıqlama verməyə məcburam. Ağır bir dövr yaşayıram və bu yolda sadəcə ailəmlə olmaq istəyirəm. İddialar doğru deyil, xəyanət olmayıb. Tək hədəfim anamdır, onunla bu çətin günlərdən gözəl şəkildə xilas olacağıq. Bir az həssas olmağınızı xahiş edirəm”. 

Qeyd edək ki, Türkiyə KİV-ləri Murad Dalkılıçın aktrisaya xəyanət etməsi barədə məlumat yaymış, cütlüyün bu səbəbdən ayrıldığını iddia etmişdi.