“Xəzər” darmadağınla qalib gəldi

xezer-darmadaginla-qalib-geldi
Oxunma sayı: 1292

Futbol üzrə Azərbaycan Birinci Divizionunun 2017/18 mövsümündə qış fasiləsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, ikinci dövrə bu gün 14-cü turun oyunları ilə start götürüb. İlk oyun günündə iki qarşılaşma baş tutub.

Günün digər matçında “Xəzər” “Sabah”la üz-üzə gəlib. Bu oyunda isə meydan sahibləri darmadağınla qalib gəliblər.

Birinci Divizion
14-cü tur
15 fevral
“Turan Tovuz” – MOİK 1:2

Qol: Elməddin Hüseynzadə, 26 – Kamil Nurəhmədov, 74, Orxan Həsənov, 90+4.
Hakimlər: Rəşad Əhmədov, Yaşar Abbasov, Rza Məmmədov, Sərxan İsmayılov.
Tovuz şəhər stadionu.

“Xəzər” – “Sabah” 3:0
Qol: İsa Cəbiyev, 67. Bəxtiyar Soltanov, 73. Tural Qürbətov, 90+2.
Qırmızı vərəqə: Şirməmməd Məmmədov, 82.
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Azər Əsgərov, Vüqar Həsənli.
Bakı. “İnter Arena”.

Turun qalan oyunları sabah keçiriləcək: “Mil-Muğan” – “Ağsu”, “Şüvəlan” – “Binə”, “Zaqatala” – “Qaradağ Lökbatan”.