Xəzərdə qayıqda tapılmış meyitlərin kimliyi məlum oldu

xezerde-qayiqda-tapilmis-meyitlerin-kimliyi-melum-oldu
Oxunma sayı: 9965

““Neft Daşları” yaxınlığında tapılan meyitlər 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirliyə məxsusdur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “GoldNews.az” saytına itkin düşən gənclərin yaxınları məlumat veriblər. Bildiriblər ki, bu barədə müvafiq qurumlardan hər iki gəncin ailəsinə məlumat verilib.

Qeyd edək ki, aprelin 18-də Sumqayıt şəhərində yaşayan gənc idmançı 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirli itkin düşüb.

Onlar günorta saat 1 radələrində dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar. Həmin gündən sonra onlardan bir daha xəbər alınmayıb.