Xəzər dənizində zəlzələ olub

xezer-denizinde-zelzele-olub
Oxunma sayı: 902

Aprelin 6-da Nardarandan 15 kilometr şərqdə, Xəzər dənizində 3,1 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:41:07-də qeydə alınıb.

Ocağı 50 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.