Xəzər dənizində zəlzələ olub

xezer-denizinde-zelzele-olub
Oxunma sayı: 1219

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

“Qafqazinfo” AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) istinadən xəbər verir ki, yerli vaxtla saat 13:11-də Lənkaran stansiyasından 22 km cənub-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanın dərinliyi 25 km, maqnitudası 3,0 bal olub.

Zəlzələ hiss olunmayıb.