Xəzər İGK-da oyunlar davam edir

xezer-igk-da-oyunlar-davam-edir
Oxunma sayı: 663

Xəzər İntellektual Gənclər Klubunda 36-cı dövrə yekunlaşıb. Dövrənin son oyunu “Avanqard” komandasının aparıcılığı ilə baş tutub. Sonuncu turda ən yaxşı nəticəyə “Sakit” komandası imza atsa da, dövrə çempionu ola bilmədi. Bu titula isə dövrə boyu daha yaxşı oyun nümayiş etdirmiş “Vendetta” komandası layiq görülüb. Dövrə ikincisi adını isə “Avanqard” komandası qazanıb. Zəif nəticə göstərmiş “Merkuri” komandası isə sonuncu yeri tutmaqla ikinci liqaya düşüb.

Bu dövrə ikinci liqa üçün də gərginliyi ilə yadda qalıb. Son tura qədər “Advocate” və “Təşkilati-Mahsusa” komandaları arasında gedən ciddi mübarizə ikincinin qələbəsi ilə yekunlaşıb. Beləliklə, növbəti – 37-ci dövrədə “Təşkilati-Mahsusa” yüksək liqada təmsil olunacaq.

Xatırladaq ki, GRBS şirkəti ilə əməkdaşlıq çərçivəsində dövrə oyunlarının qalibləri xarici dil kurslarında pulsuz iştirak hüququ qazanırlar.

Nigar