Xəzər İntellektual Gənclər Klubu və GRBS əməkdaşlıq edəcək

xezer-intellektual-gencler-klubu-ve-grbs-emekdasliq-edecek-
Oxunma sayı: 635

Klubdan “Qafqazinfo”ya verilən məlumata görə, tərəflər arasında əldə olunan razılıq əsasında mümkün olacaq əməkdaşlıq birgə informasiya mübadiləsi, bir-birinin fəaliyyətinə dəstək formasında təşkil olunacaq.

Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov bu razılaşmanın klub üçün əhəmiyyətli olduğunu qeyd edib: “İntellektual oyunlara dəstək vətəndaş cəmiyyətinin inkişafına yönələn bir addımdır. Biz bunu yüksək qiymətləndirir və bu ümid edirik ki, əməkdaşlığımız uğurlu və digər təşkilatlar üçün nümunə olacaq”.

İki təşkilat arasında imzalanan anlaşma 2012-ci ilin iyul ayına qədər qüvvədə olacaq. Tərəflər sonradan bu müddətin uzadıla biləcəyini istisna etmirlər.

Nigar Məmmədli