“Xəzər Lənkəaran” rekordunu təkrarladı

“Xəzər Lənkəaran” rekordunu təkrarladı
Oxunma sayı: 308

Azerisport.az xəbər verir ki, dövrənin sonuncu 11-ci turundan asılı olmayaraq çempionatın ilk bölümünün çempionu adını təmin edən “Xəzər Lənkəran” “Kəpəz”i də məğlub edib, mövqeyini daha da möhkəmləndirdi.

1:0 hesablı qələbə sayəsində birinci dövrənin qalibi öz rekordunu təkrarlayıb. Belə ki, komanda ilk 11 matçda 26 xal qazanıb. Güclülər dəstəsində 8-ci mövsümünü keçirən komanda heç vaxt startdakı 33 mümkün xaldan daha artığını yığmayıb. Yalnız 5 il əvvəl bu komanda ilk 11 turda belə yüksək göstəriciyə - 26 xala nail olmuşdu.

2006/07 mövsümündəki həmin göstərici sonda çempionluğun qazanılması ilə nəticələnmişdi. Çempionluq gətirən həmin rekordu təkrarlayan Mirça Rednikin yetirmələri rumıniyalı ilə əldə olunan ötənilki göstəricini 2 xal yaxşılaşdırdılar.

“Xəzər Lənkəran” ilk 11 turda

2004/05 6 3 2 14-5 21
2005/06 2 3 6 8-11 9
2006/07 8 2 1 19-5 26
2007/08 7 3 1 22-9 24
2008/09 8 1 2 21-7 25
2009/10 5 4 2 13-6 19
2010/11 7 3 1 13-5 24
2011/12 8 2 1 17-7 26


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi