“Xəzər Lənkəran” 2 futbolçunu sınayır

xezer-lenkeran-2-futbolcunu-sinayir
Oxunma sayı: 631

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda gündə iki dəfə olmaqla hazırlıq keçir. Məşqçilər korpusu əsasən futbolçuları fiziki planda hazırlamaq yönündə çalışmalar üzərində işləyir.

Hazırda Lənkəran klubunun düşərgəsində baxışda olan iki futbolçu var ki, bunlar Latviyanın "Gulbene" klubunda çıxış edən yapon futbolçu Saito Yosuke və Hollandiya Erediviziyasından "Ekselsior"un forvardı Yason Oostdur. Hər iki futbolçu haqqında məşqçilər korpusu bir neçə gündən sonra dəqiq qərar verəcək.

Bu gün isə Azərbaycan millisinin toplanışında olduğuna görə qısa müddətli istirahət verilmiş üç futbolçu - Kamran Ağayev, Elnur Allahverdiyev və Rahid Əmirquliyevdə Avstriyaya yola düşəcək və cənub təmsilçisinin məşqlərinə qatılacaq.