“Xəzər Lənkəran” 3 futbolçunu birdən aldı

xezer-lenkeran-3-futbolcunu-birden-aldi
Oxunma sayı: 684

Qeyd edək ki, 1980-cı il təvəllüdlü Coa Paola Pinto Ribero Portuqaliyanın «Boavişta», «Aves», «Fierense», «Viktoriya», «Beira-Mar», «Estoril», «Pakuş Fereyra», «Unio Leiria», «Leyşoeş», İspaniyanın «Tenerife», Rumıniyanın «Rapid» klublarında oynayıb. O, son mövsümü Kiprin «Olimpiakos» (Nikosia) komandasında keçirib və 23 oyunda 13 qola imza atıb. Portuqaliyanın U-21 millisində 9 oyun keçirib.

1980-cı il təvəllüdlü Tosin Dosunmu isə «Mexelen», «Avstriya» (Vyana), «Nansi» (Fransa), «Jerminal» (Belçika) kimi klublarda çıxış edib. 2004-cü ildə Nigeriya millisində bir oyunda meydana çıxıb.
Marius Onofraşa gəlincə, əslən İaşidən olan Marius yerli “Politexnika”nın yetirməsidir. 2000-ci ildə soğma komandanı tərk edən hücuma meylli futbolçu 2004-cü ilədək “Braşov”da oynadıqdan sonra yenidən İaşi təmsilçisinə qayıdıb. 2006-10-cu illərdə “Unirea”da top qovan Onofraş 2008/09 mövsümündə Rumıniya çempionu olub. Ötən yay “Styaua”ya keçən yarımmüdafiəçi son mövsümdə 13 oyuna 2 qol vurub. Rumıniya çempionatlarında 262 oyuna 40 qol vuran futbolçu avrokuboklarda 13 matçda 1 dəfə fərqlənib. Həmin yeganə qol isə 2009/10 mövsümündə keçirilən “Unirea” - “Reyncers” matçına təsadüf edib. 88-ci dəqiqədə fərqlənən Marius şotlandiyalılarla görüşdə hesabı bərabərləşdirib.

Minə