“Xəzər Lənkəran” Avstriyaya gedir

xezer-lenkeran-avstriyaya-gedir
Oxunma sayı: 667

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, ayın 5-dək komanda paytaxtın "Happy İnn" otelində məskunlaşacaq. Həmin 3 gün ərzində futbolçuların günün ilk yarısında tibbi müayinədən, ikinci yarısında isə məşq keçmələri nəzərdə tutulur. Məşqlər Respublika Dövlət Yol Polisinin stadionunda hər axşam saat 18:00-da keçiriləcək.

İyunun 5-də isə komandanın Avstriyaya təlim məşq toplanışına yollanmağı planlaşdırılır. Bu ölkədə "Xəzər Lənkəran" iyun ayının sonunadək qalıb təxminən 4-5 yoldaşlıq oyunları keçirəcək.