Xəzər-Lənkəran azarkeşlərə görə cərimələndi

xezer-lenkeran-azarkeslere-gore-cerimelendi
Oxunma sayı: 641

Belə ki, “Rəvan”la “Turan” oyununda birincilərin 4 futbolçusu sarı vərəqə aldığına görə klub 1000 manat dəyərində cərimələnib. Eyni cərimə elə eyni cəzaya görə “İnter” klubuna da kəsilib.

“Xəzər Lənkəran” da cəzalanan klublar sırasına daxil olub. Çünki lənkəranlı azarkeşlər “İnter”lə oyun zamanı meydançaya kənar əşyalar atdığına görə klub 2000 manat ödəməlidir. “Qarabağ” azarkeşləri də klublarına cərimə ödəməyi vadar ediblər. Buna səbəb Ağdam tərəfdarlarının pirotexniki maddələrdən istifadə etməsidir. “Qarabağ” buna görə 1000 manat cərimə ödəyəcək.