“Xəzər-Lənkəran” daha bir futbolçu aldı

xezer-lenkeran-daha-bir-futbolcu-aldi
Oxunma sayı: 645

“Qafqazinfo”AzərTAc-a istinadən xəbər verir ki, “Xəzər-Lənkəran” 32 yaşlı ispaniyalı qapıçı Antonio (Toni) Doblas Santana ilə 1,5 illik müqavilə imzalayıb. Futbolçunun çıxış etdiyi son klub “Xeres” olub. O, bu kluba məxsus olduğu “Saraqosa”dan icarəyə verilmişdi.

Toni peşəkar futbolçu karyerasına 1999-cu ildə hələ yeniyetmə yaşında oynadığı “Betis” klubundan başlayıb. O, bu komandanın əvəzedici heyətində 4 mövsüm meydana çıxmış daha sonra həmin klubun əsas heyətində oynayıb. Ötən mövsümü Toni “Saraqosa”nın futbolçusu olaraq icarə əsasında “Xeres”də keçirib.