“Xəzər Lənkəran” fanatlarına görə yenə birincidir

xezer-lenkeran-fanatlarina-gore-yene-birincidir
Oxunma sayı: 637

“Qafqazinfo” xəbər verir ki, II dövrənin baş tutan ilk turunu da nəzərə alsaq komandalar 68 qarşılaşmaya çıxıblar. Fasiləyə qədər olan müddətdə Topaz Premyer Liqasının oyunlarını 158 min 190 tamaşaçı izləyib. Bu da orta hesabla hər qarşılaşmanı stadionda 2326 azarkeşin izlədiyini göstərir.

Mövsümün arxada qalan hissəsinin rekordu isə 8 min tamaşaçıdır. Bu sayda azarkeş 4 matçda qeydə alınıb. İlk turun “Kəpəz” – “Turan”, III turun “Sumqayıt” – “Qarabağ”, VIII turun “Kəpəz” – “Qarabağ” və IX turun “Sumqayıt” – “Rəvan” görüşlərini məhz bu sayda tamaşaçı seyr edib.
Mövsümün antirekordu isə “Qarabağ”la “Bakı” arasında görüşdə qeydə alınıb – cəmi 150 tamaşaçı.

Öz meydanındakı matçlarda orta tamaşaçı sayında isə “Xəzər Lənkəran” zirvədədir. “Kəpəz” 2-ci, “Sumqayıt” isə 3-cüdür.