“Xəzər-Lənkəran” Kamran Ağayevi “Neftçi”yə satır? - Açıqlama

xezer-lenkeran-kamran-agayevi-neftciye-satir-aciqlama
Oxunma sayı: 641

Sportal.az-ın verdiyi məlumata görə, millimizin qapıçısı Kamranın transfer qiyməti 250 min ABŞ dollarıdır. Xəbərdə transfer üçün ölkə çempionu “Neftçi” ilə danışıqlar aparıldığı da bildirilib.

Məlumatı dəqiqləşdirmək üçün “Xəzər – Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyevlə əlaqə saxladıq.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Y. Əliyev məlumatı təkzib edib: “Bu məlumatlar düzgün deyil. Kamran Ağayevin transfer qiyməti əvvəlcədən bəllidir. Ancaq bunu da qeyd edim ki, qapıçı ilə bağlı kluba hələ heç bir təklif gəlməyib”.

Mətbuat xidmətinin rəhbəri Kamran Ağayevin transfer qiymətini açıqlamayıb: “Mən onun qiymətini açıqlaya bilmərəm. Çünki Azərbaycan futbolunda belə bir şey yoxdur ki, futbolçunun qiyməti açıqlansın. Sadəcə olaraq bunu deyə bilərəm ki, Kamranın qiyməti orta səviyyəli futbolçunun illik maaşının yarısı qədərdir”.

Sevinc