“Xəzər Lənkəran” “Qəbələ”yə qələbə dalınca gedir

xezer-lenkeran-qebeleye-qelebe-dalinca-gedir
Oxunma sayı: 657

“Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin 7-dəki matça qonaq qismində çıxacaq komanda özü üçün bütölükdə uğurlu hesab oluna bilən məkana qədəm basacaq.
Belə ki, 8 illik tarixində yeganə çempionluğunu 2006/07 mövsümündə qeyd edən “Xəzər Lənkəran” son turda məhz Qəbələdə oynamışdı. Həmin vaxt güclülər dəstəsinin debütantı olan Qəbələ təmsilçisi üzərində qələbə komandaya çempionluq gətirdi.
Ümumilikdə də Qəbələ səfərləri “Xəzər Lənkəran” üçün uğurlu alınır. Düzdür, son 2 oyunda qələbəni meydan sahibləri bayram edib. Lakin buna qədərki 6 matçda 4 dəfə cənub təmsilçisi qalib gəlib və 2 dəfə 1 xalla kifayətlənib. Lənkəranlılar səfərdə rəqib qapısına az qala 2 dəfə çox qol vurub – 12:7.
“Qəbələ” ilə çempionat və kubokdakı oyunların ümumi balansına gəlincə isə komanda 16 dəfə bu rəqiblə görüşüb. 10 dəfə qalib gələn “Xəzər Lənkəran” daha 3 dəfə “sülh”lə razılaşıb və yalnız 3 dəfə məğlub olub. Top fərqində də üstünlük XL-in tərəfindədir – 28:13.

2006/07 09.12.2006 çempionat “Xəzər Lənkəran” - “Qəbələ” 4:0
2006/07 23.05.2007 çempionat “Qəbələ” - “Xəzər Lənkəran” 0:3
2007/08 30.09.2007 çempionat “Xəzər Lənkəran” - “Qəbələ” 2:1
2007/08 05.04.2008 çempionat “Qəbələ” - “Xəzər Lənkəran” 1:1
2007/08 09.04.2008 kubok “Qəbələ” - “Xəzər Lənkəran” 1:3
2007/08 23.04.2008 kubok “Xəzər Lənkəran” - “Qəbələ” 1:1
2008/09 15.11.2008 çempionat “Qəbələ” - “Xəzər Lənkəran” 0:1
2008/09 03.05.2009 çempionat “Xəzər Lənkəran” - “Qəbələ” 1:2
2009/10 19.09.2009 çempionat “Qəbələ” - “Xəzər Lənkəran” 1:1
2009/10 19.12.2009 çempionat “Xəzər Lənkəran” - “Qəbələ” 1:0
2009/10 12.03.2010 çempionat “Xəzər Lənkəran” - “Qəbələ” 4:1
2009/10 17.04.2010 çempionat “Qəbələ” - “Xəzər Lənkəran” 1:2
2010/11 07.08.2010 çempionat “Xəzər Lənkəran” - “Qəbələ” 1:0
2010/11 06.11.2010 çempionat “Qəbələ” - “Xəzər Lənkəran” 1:0
2011/12 23.09.2011 çempionat “Xəzər Lənkəran” - “Qəbələ” 2:1
2011/12 21.02.2012 çempionat “Qəbələ” - “Xəzər Lənkəran” 2:1