“Xəzər Lənkəran” son məşqinə çıxacaq

xezer-lenkeran-son-mesqine-cixacaq
Oxunma sayı: 634

“Qafqazinfo”nun verdiyi xəbərə görə, dünən səhər saatlarında Estoniyanın paytaxtı Tallinə çatan “ağ-yaşıllar” yerli vaxtla saat 18:45-də “Nomme Kalyu” klubuna qarşı cavab oyununun keçiriləcəyi “Kadrioru” stadionunda məşqə çıxıb.

Məşqdə komanda tam heyətdə iştirak edib. Futbolçular məşq prosesinə yüngül qaçışla başlayıb ki, ardınca isinmə hərəkətləri yerinə yetirilib. Hava limanında yubanaraq komandaya gec qoşulmalı olan Elnur Abdullayev, Kamran Abdullazadə və Akif Tağıyev isinmə hərəkətlərindən sonra məşqə ayrı proqram üzrə davam ediblər.
İsinmə hərəkətləri başa çatandan sonra komanda toplu çalışmalarla müxtəlif təmrinləri yerinə yetirib. Məşqin ikinci hissəsi taktiki hazırlıqlarla davam edib.
Qeyd edək ki, “Xəzər Lənkəran” bu gün eyni saatda Estoniya Futbol Federasiyasının meydançasında oyun öncəsi son məşqinə çıxacaq.