“Xəzər-Lənkəran” yenə səfərdə

xezer-lenkeran-yene-seferde
Oxunma sayı: 647

“Qafqazinfo” klubun rəsmi saytına istinadən məlumat verir ki, bu gün əsas meydanda səhər məşqini keçirən futbolçular Con Bencamin Toşakın rəhbərliyi altında taktiki planda müxtəlif çalışmaları yerinə yetirdilər. Dünənki məşqdə yüngül zədə alan hücumçu Dimitrios Sialmas artıq komandaya qoşularaq səhər məşqində iştirak edib. Bu gün saat 14:00-da “Xəzər Lənkəran” bazasını tərk edərək Bakıya yola düşüb.

Xatırladaq ki, Tovuz şəhər mərkəzi stadionu da təmirə bağlandığından “Turan”- “Xəzər Lənkəran” matçı aprel ayının 13-də saat 17:00-da “Dalğa Arena”da keçiriləcək.