“Xəzər-Lənkəran” yenə uduzdu

xezer-lenkeran-yene-uduzdu
Oxunma sayı: 632

Matçın 20-ci dəqiqəsində "Xəzər Lənkəran"ın oyunçusu Ruslan Abışov qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq, hesabı qonaqlar açıb. Birinci hissənin son dəqiqəsində Sadio Tounkara fərqlənib.

Lakin meydan sahibləri məğlubiyyətdən xilas olmağı bacarıblar. Salif Ballo 56 və 59-cu dəqiqələrdə dubla imza atıb - 2:1. Oyun elə bu hesabla da başa çatıb.

Oyundan sonra “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev bildirib ki, onlar bu gün ən ağır oyunlardan birini olacaqlarını bilirdilər: “Oyuna uyğun taktika qurmuşduq. Salif Balloya demişdim ki, bugünkü oyunda komandanın gizli silahı olmalısan. İlk hissədə rəqibi yorduq, ikinci hissədə isə Ballo iki qol vurdu, qələbə qazandıq. İlk hissənin sonlarına yaxın müdafiədə səhvlər buraxmağa başladıq, “Xəzər Lənkəran” da bundan istifadə edib qol vurdu”.

ANS PRESS-in Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə. “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov isə oyun barəsinda danışmaq istəmiyib. O bildirib ki, hər şey göz qabağında idi və “Turan” komandasına uğurlar arzu edib.