“Xəzər Lənkəran” yenidən yaradıldı - Bu dəfə Moskvada

xezer-lenkeran-yeniden-yaradildi
Oxunma sayı: 6982

Moskvada yeni futbol klubu yaradılıb. “Qafqazinfo” xəbər verir ki, azərbaycanlıların təsis etdiyi klub “Xəzər Lənkəran Moskva” adlanır. 

“Xəzər Lənkəran”ın davamçısı kimi yaradılan klub yeni mövsümdən Moskvanın 3-cü divizionunda yarışacaq.

 “Xəzər Lənkəran Moskva”nın forması ağ-yaşıldır. Klubun loqosunda “Xəzər Lənkəran”la müqayisədə cüzi dəyişiklik edilib.

Klubun təsisçiləri isə Elnur Babayev və Ruslan Hüseynovdur. 

Hüseynov klubun yaradılmasından və məqsədlərindən danışıb: ““Xəzər Lənkəran”ın Azərbaycan futboluna qayıtmasını çox istədik. Hər zaman gözləyirik. Bu klubu da yaratmaqda məqsədimiz bu adı yaşatmaqdır. Hər kəs bununla təsəlli tapacaq və dəstək olacaq. “Xəzər Lənkəran” həmişə yaşayacaq”.